Tovuzda 22 yaşlı gəncin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

Tovuzda 22 yaşlı gəncin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
15:32 28 Noyabr 2019
116 Digər
Ölkə mətbuatı
A- A+

Tovuz rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
“Report”un xəbərinə görə, hadisə noyabrın 27-də rayonun Əlimərdanlı kəndində baş verib.
Belə ki, Tovuz rayon sakini, 1985-ci il təvəllüdlü Rauf Muradov atasına məxsus “Mercedes-Benz” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı işıq dirəyinə çırpılıb.
Nəticədə avtomobildə olan sərnişin, rayon sakini, 1997-ci il təvəllüdlü Əhliman Aliyev hadisə yerində ölüb. Sürücü R.Muradov isə sağ bud sümüyünün yerdəyişməli sınığı xəsarəti alıb.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmam, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuzda-22-yasli-gencin-olduyu-qeza-ile-bagli-cinayet-isi-baslanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR