Slovakiyanın Azərbaycanda səfirliyi açıldı

Slovakiyanın Azərbaycanda səfirliyi açıldı
15:37 28 Noyabr 2019
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda Slovakiya Səfirliyinin açılışı mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Slovakiyanın xarici işlər naziri Miroslav Layçak iştirak edib.

Daha əvvəl M.Layçak Trend-ə müsahibəsində bildirmişdi ki, səfirliyin açılması Slovakiya üçün Azərbaycanla ticarət əməkdaşlığının möhkəmləndirilməsi məqsədilə biznes missiyalar təşkil etmək imkanlarını artıracaq:

"Biz işgüzar əlaqələri əməkdaşlıqların başlanması üçün ən yaxşı vasitə hesab edirik. Bu fikir işgüzar insanlar, baş nazir Peter Pellerqrinin rəhbərliyi altında Azərbaycana səfər etmiş nümayəndə heyətinin üzvləri də bölüşüb".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/806036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR