Kəskin respirator virus infeksiyaları

Kəskin respirator virus infeksiyaları
16:05 28 Noyabr 2019
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Kəskin respirator virus infeksiyası (KRVİ) - virus xəstəliyi olub, tənəffüs yollarının selikli qişasının zədələnməsi ilə xarakterizə olunur. Xalq arasında bu xəstəliyi "soyuqdəymə" adlandırırlar. Alimlər 200-dən çox respirator viruslar aşkar ediblər. Bunlardan ən çox təsadüf olunan viruslar -paraqrip, adenovirus, rinoviruslardır. KRVİ  əsasən hava-damcı yolu ilə yoluxur. İnfeksiya mənbəyi xəstə insanlardır.

Soyuqdəymənin əsas əlamətləri - boğazda və göz almasında ağrı, zökəm, gözlərin sulanması, baş ağrısı, öskürək, halsızlıqdır. Soyuqdəymə tədricən başlayır: əvvəlcə boğazda qıcıqlanma olur, ancaq insan hələ xəstələnməyinə əmin deyil. Sonra zökəm, asqırma və bir neçə gündən sonra öskürək başlayır. Hərarət 37,5-38 dərəcəyə qədər arta, bəzən isə olmaya da bilər. Müalicə axıra kimi aparılmadıqda, yaxud xəstəliyi ayaq üstə keçirdikdə otit - orta qulağın iltihabı və ya sinusit - burun ciblərinin iltihabı başlaya bilər. İmmun sistemi güclü olan insanlarda ağırlaşmalara nadir hallarda rast gəlinir. Qapalı yerlərdə KRVİ-nın törədiciləri xəstə insanın ətrafindan 7 metr məsafəyə yayılır. Onlar otaq temperaturunda 2-9 saatadək yaşaya bilir. Viruslar dondurulmaya qarşı dözümlüdür, lakin, yüksək temperaturda, müxtəlif dezinfeksiyaedici maddələrin və ultrabənövşəyi şüaların təsirindən tez məhv olurlar. Xəstəliyin ilk 2 günündə xəstənin ətrafındakı havada viruslar daha yüksək qatılıqda olurlar.

Müxtəlif viruslarda simptomlar müxtəlif olur. Məsələn, paraqrip virusu zamanı xəstənın səsi xırıltılı olur, tamamilə itə də bilər. Paraqrip virusu üçün  eləcə də, qırtlaq və traxeyanın iltihabı fonunda hürücü öskürək xarakterikdir. Hərarət olmaya da bilər. Bu xəstəlik adətən haymoritlə ağırlaşır. Rinovirus infeksiyasında mütəmadi asqırma, burun-udlaqda quruluq, boğazda qıcıqlanma olur. Ağız boşluğunda xoşagəlməz dad hissi və udma aktı zamanı ağrı yaranır. Bir müddətdən sonra burundan şəffaf maye axır. Hərarət 37 dərəcədən artıq olmur. Adenovirus infeksiyasında damaq badamcıqları böyüyür, udma aktı çətinləşir. Bəzən limfa düyünlərində böyümə və qarında ağrı olur.

Kəskin respirator virus infeksiyaları bronx və bronxiolları da əhatə edir. Bu da hava çatışmazlığı ilə əlaqədar astmatik tutmalar, nəfəsvermədə çətinlik, ağciyərdə xırıltıların olması kimi əlamətlərlə özünü biruzə verir.

KRVİ-nin müalicəsi. Virusəleyhinə preparatların qəbulu (əgər simptomlar daha güclü müşahidə olunarsa). Virusəleyhinə və immunstimulyator preparatların əksəriyyəti apteklərdə reseptsiz satılır. Simptomatik müalicə - ağrıkəsici və qızdırmasalıcı preparatlar, damardaraldıcı damcılar və spreylər istifadə olunur.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət   göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.

Sifariş üçün:
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR.


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/806079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR