Keçmiş baş prokuroru axtarışa verildi

Keçmiş baş prokuroru axtarışa verildi
17:23 28 Noyabr 2019
56 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın sabiq baş prokuroru, parlamentinin keçmiş deputatı Gevork Kostanyan barəsində axtarış elan edilib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohacanyan bildirib.

Onun sözlərinə görə, G.Kostanyan barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçilib.

Keçmiş baş prokuror 2008-ci il martın 1-də Yerevanda baş vermiş etiraz aksiyalarının dağıdılması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib. O, 48 saat müddətində istintaq orqanında olmaq təklifinə əməl etməyib.

Qeyd edək ki, G.Kostanyan 2006-cı ililin iyulundan 2008-ci ilin iyulunadək Ermənistan ədliyyə nazirinin müavini, 2013-cü il oktyabrın 1-dən 2016-cı il avqustun 4-dək Ermənistanın baş prokuroru olub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/southcaucasus/297520.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR