Yerevanın keçmiş polis rəisi Rusiyada müəmmalı şəkildə ölüb

Yerevanın keçmiş polis rəisi Rusiyada müəmmalı şəkildə ölüb
17:27 28 Noyabr 2019
96 Digər
Ölkə mətbuatı
A- A+

Yerevanın keçmiş polis rəisi, general-mayor Aşot Karapetyan naməlum şəraitdə qaz partlayışı və dağıntı nəticəsində Rusiyada ölüb.
“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.
Bildirilib ki, partlayış noyabrın 28-də baş verib və partlayışdan sonra baş verən yanğın nəticəsində iki nəfərin öldüyü barədə məlumat yayılıb.
Hazırda keçmiş polis rəisinin ölüm şəraiti və səbəbləri araşdırılır. Onun Rusiyanın Pyatiqorsk şəhərində pivə zavodunda baş verən yanğın nəticəsində öldüyü ehtimal edilir.  
Xatırladaq ki, Aşot Karapetyan 2016-cı ildə etiraz aksiyalarının dağıdılması zamanı yol verdiyi qanun pozuntusuna görə tutduğu vəzifədən azad edilib.
Cari ilin sentyabrında Ermənistan Polisinin keçmiş rəisi (keçmiş daxili işlər naziri) Hayk Arutyunyanın yaşadığı evdə meyiti tapılıb.



Xəbərin orijinal ünvanı: https://report.az/region/yerevanin-kecmis-polis-reisi-rusiyada-muemmali-sekilde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR