Azərbaycan Gürcüstandan yük maşını və traktor idxalını artırıb

Azərbaycan Gürcüstandan yük maşını və traktor idxalını artırıb
17:52 28 Noyabr 2019
107 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin on ayında Azərbaycan Gürcüstandan 1 222 ədəd yük maşını idxal edib.
Bu barədə “Report”un Gürcüstan bürosuna ölkənin Milli Statistika İdarəsindən bildirilib.
Qonşu ölkədən Azərbaycana ixrac olunan yük maşınlarının ümumi dəyəri 8, 169 min dollar təşkil edib.
Ötən ilin anoloji dövrü ilə müqayisədə Azərbaycanın Gürcüstandan aldığı yük avtomobillərinin sayı 594 ədəd və ya 2 dəfəyə yaxın artıb.
Yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstandan 149 ədəd traktor idxal edib ki, bu da illik müqayisədə 75 ədəd çoxdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-gurcustandan-yuk-masini-ve-traktor-idxalini-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR