Prezidentdən Rəna Əfəndizadə ilə bağlı SƏRƏNCAM

Prezidentdən Rəna Əfəndizadə ilə bağlı SƏRƏNCAM
17:53 28 Noyabr 2019
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Rəna Əfəndizadə ilə bağlı sərəncam imzalayıb.

Sərəncamla Azərbaycanda memarlıq sənətinin inkişafında xidmətlərinə görə Rəna Mahmud qızı Əfəndizadə 2 ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, Əfəndizadə Rəna Mahmud qızı 29 noyabr 1929-cu ildə Bakı şəhərində anadan olub. 1954-cü ildə Moskva Memarlıq İnstitutunu bitirib.

1963-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və incəsənət İnstitutunda işləyir, 1989-1998-ci illərdə Şəhərsalma və müasir memarlıq şöbəsinə rəhbərlik edib. 1967-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

Uzun illər Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvüdür.

1979-cu ildə ona Azərbaycanın "Əməkdar memarı" fəxri adı verilib, 1986-cı ildə "Şərəf Nişanı" ordeni ilə, 2000-ci ildə "Şöhrət" ordeni ilə, 2012-ci ildə isə Mikayıl Useynov adına medal ilə təltif edilib.

O, bir sıra yaşayış evlərinin layihələrinin müəllifidir.Azərbaycan və Bakının memarlığı və şəhərsalma məsələlərinə dair 50-dən artıq nəşr əsərinin və 5 monoqrafiyanın müəllifidir:


Xəbərin orijinal ünvanı: https://publika.az/news/resmixronika/297527.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR