Bakı-Pirşağı elektrik qatarının işə düşmə vaxtı məlum oldu - QİYMƏT - CƏDVƏL

Bakı-Pirşağı elektrik qatarının işə düşmə vaxtı məlum oldu - QİYMƏT - CƏDVƏL
17:57 28 Noyabr 2019
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Pirşağı-Bakı elektrik qatarlarının hərəkət vaxtı məlum oldu.

"Azərabaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Milli.Az-a verilən məlumata görə, elektrik qatarları dekabr ayının 2-sindən fəaliyyətə başlayacaq.

Belə ki, Sabunçu-Pirşağı-Sabunçu sahəsində infrastrukturun əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar, bu istiqamətdə hərəkət edən elektrik qatarının marşrutu Pirşağı stansiyasına kimi uzadılır.

Hələlik gün ərzində Bakıdan Pirşağıya və Pirşağıdan Bakıya 8 qatar hərəkətdə olacaq. Tariflər və qatarların hərəkət qrafiki ilə aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/806118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR