Bakıda kursant olmuş general KTMT-yə rəhbərlik edəcək

Bakıda kursant olmuş general KTMT-yə rəhbərlik edəcək
18:22 28 Noyabr 2019
102 Dünya
Ölkə mətbuatı
A- A+

KTMT ölkələrinin başçıları Belarus nümayəndəsi Stanislav Zası 2020-ci ilin yanvarın 1-dən etibarən təşkilatın baş katibi vəzifəsinə təsdiqləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə KTMT baş katibi səlahiyyətlərinin müvəqqəti icraçısı Valeri Semerikov danışıb.

"Bu gün dövlət başçıları Stanislav Zası 2020-ci ilin 1 yanvarından etibarən KTMT Baş katibi vəzifəsinə təyin edilməsi münasibətilə təbrik ediblər", - Semerikov bildirib.

Xatırladaq ki, 1964-cü il təvəllüdlü Stanislav Zas hərbçi, dövlət xadimi, Belarus Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-leytenant, hərb elmləri namizədidir. O, 1985-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib.

1996-cı ildə Belarus Respublikası Hərbi Akademiyasını, 2005-ci ildə isə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını fərqlənmə və qızıl medalla başa vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/806111.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR