“Xocalının lentli açarı” romanı nəşr edilib

“Xocalının lentli açarı” romanı nəşr edilib
19:58 16 Yanvar 2015
174 Ölkə
Ölkə mətbuatı
A- A+


Ankara, 16 yanvar, AzərTAc
İstanbul Dövlət Universitetinin tələbələri, gənc yazıçılar Ziyad Quluzadə və Dilbər Quliyevanın həmmüəllifi olduqları “Xocalının lentli açarı” romanı Azərbaycanın İstanbuldakı baş konsulluğunun dəstəyi ilə türk dilində nəşr edilib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbiçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımından bəhs edən kitabın ilk nüsxəsini baş konsul Həsən Zeynalova təqdim edən müəlliflər əsərin yazıldığı vaxt keçirdikləri hisslərdən danışıblar.
Həsən Zeynalov bu əsərin Xocalı soyqırımının dünyada tanıdılması baxımından dəyərli vəsait olduğunu söyləyib.
Roman psixoloji-postmodern ədəbiyyat prizmasından “dekanstruksiya” və “kollaj” edilərək Xocalı soyqırımına bədii-fəlsəfi yanaşma ilə yazılıb. Xocalı şəhərində yaşamış Eldar adlı bir gəncin həyatı və düşüncələri fonunda erməni qəsbkarlarının törətdiyi bəşəri cinayət romanda öz əksini tapıb.
Azərbaycanın İstanbuldakı baş konsulluğu Xocalı soyqırımının növbəti ildönümündə kitabın təqdimatını keçirəcək.
Sabir Şahtaxtı
AzərTAc-ın xüsusi müxbiri
Ankara

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR