Bakıda 22 min manatlıq bilyard masası oğurlayan şəxslər saxlanılıb

Bakıda 22 min manatlıq bilyard masası oğurlayan şəxslər saxlanılıb
20:32 28 Noyabr 2019
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 22 min manatlıq bilyard masası oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, noyabrın 18-dən 25-dək olan müddətdə Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində anbarların birindən 22 000 manat dəyərində bilyard masasının parçası (18 ədəd) və 13 ədəd bilyard luzasının oğurlanması barədə 4-cü Polis Şöbəsinə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri E.Qafarov və R.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/806147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR