İstanbulda xüsusi əməliyyat: İran vətəndaşının qatili yaxalandı

İstanbulda xüsusi əməliyyat: İran vətəndaşının qatili yaxalandı
20:47 28 Noyabr 2019
119 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə polisi İran vətəndaşı Məsud Məvləvinin cinayət işi çərçivəsində beş nəfəri saxlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, saxlanılan şəxslərdən birinin cinayəti törətdiyi, digərlərinin isə qatilə silah tapmaqda və gizlənməkdə yardım etdiyi ehtimal olunur.

Şübhəli şəxslər İstanbulun Arnavutköy bölgəsində Milli Təhlükəsizlik Təşkilatının (MİT) dəstəyi ilə keçirilən əməliyyat nəticəsində yaxalanıb.

Xatırladaq ki, Məsud Məvləvi noyabrın 14-də İstanbulun Şişli bölgəsində qətlə yetirilib. Türkiyə mətbuatı sözügedən şəxsin əvvəllər İran kəşfiyyatının əməkdaşı olduğunu və sonradan hakimiyyətə müxalif mövqeyinə görə ölkəni tərk etdiyini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/806050.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR