Özünüməşğulluq proqramının daha bir qrup iştirakçısına istehsal-xidmət sahəsi üzrə aktivlər verilib (FOTO)

Özünüməşğulluq proqramının daha bir qrup iştirakçısına istehsal-xidmət sahəsi üzrə aktivlər verilib (FOTO)
20:50 28 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Abşeron rayonu, Bakının 4 rayonu və Sumqayıt şəhərində təlimləri uğurla başa vuran və biznes planlarını müdafiə etmiş şəxslərdən bir qrupu mebel hazırlanması və quraşdırılması üçün taxta kəsimi avadanlıqları ilə təmin edilib. Onlar verilmiş aktivlər hesabına istehsal-xidmət sahəsi üzrə kiçik müəssisələrini qurublar.

Qeyd edək ki, bu il artıq 9513 nəfər işaxtaran və işsiz vətəndaş özünüməşğulluq proqramına cəlb edilib. Onlardan müvafiq təlim kursunu başa vuran 7655 nəfərdən artıq 5765-i mal və materiallarla təmin edilib.

Cari ilin sonuna özünüməşğulluq proqramına cəlb edilənlərin sayının 10 minə çatdırılması planlaşdırılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3155444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR