Intel prosessor bazarındakı tələbatı qarşılaya bilmir

Intel prosessor bazarındakı tələbatı qarşılaya bilmir
21:12 28 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Intel şirkəti illərlə prosessor bazarında rəqibsiz olaraq mövcud idi. Ryzen prosessorlar və Zen arxitekturası ilə AMD rəqabəti artırması İntel üçün heç də yaxşı olmadı. Son aylarda isə şirkətin başı stok problemləri ilə bəladadı. Hər nə qədər istehsal üçün yeni zavodlar açılsa da bazarda olan tələbatı tam şəkildə ödəyə bilmir. Nəhəng şirkət bu stok problemləri ilə bağlı partnyor şirkətlərə və sifarişçilərə e-mail göndərərək üzr istədi. Açıqlanan planlara görə stok problemləri 2020-nin əvvəllərinə qədər davam edəcək, sonra isə şirkət əvvəlki qaydasında satışları bərpa edə biləcək.

Milli.Az technote.az-a istinadən bildirir ki, İntel şirkəti həm 14 nm, həm 10 nm çip istehsalını artıraraq həm də TSMC kimi yarımkeçirici istehsalçılarından da kömək alıb.

Digər istehsalçılardan yardım alaraq 2 qat daha çox prosessor istehsal edən İntel yenə də bazardakı artan tələbləri tam qarşılaya bilməyir. Bu hər nə qədər xoş xəbər sayılsa da, mənfi cəhəti ondandır ki, İntel prosessor ilə təmin olunmayan alıcılar alternativ şirkətlərə yönəlirlər. Keçən günlərdə ASUS şirkətinin rəsmiləri verdikləri reportajda gələn ildən etibarən bazara daha çox AMD prosessorlu cihazlar buraxılacağını vurğulamışdılar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/805303.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR