Yeni Mac Pro bazara girmədən əvvəl görüntüləndi

Yeni Mac Pro bazara girmədən əvvəl görüntüləndi
21:52 28 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Apple-ın keçən İyun ayında WWDC-də elan etdiyi Mac Pro ilə əlaqədar təəccüblü görüntülər ortaya çıxıb. Hələ bazara buraxılmamış və payızda satışa çıxarılacağı gözlənilən Mac Pro Calvin Harris-in studiyasında nümayiş olunub.

Milli.Az techland.az-a istinadən bildirir ki, WWDC 2019-da funksiyaları və dizaynı ilə diqqət mərkəzinə yerləşməyi bacaran yeni Mac Pro-nun bu ay satışa çıxarılacağı gözlənilirdi. Apple-ın rəsmi saytında "payızda sizinlə" başlığı altında paylaşılan cihazın bazara buraxılış tarixi barədə hələlik dəqiq bir məlumat yoxdur.

Tim Cook-un "Apple-ın bu indiyə kimi olan ən güclü kompüteri" deyə adlandırdığı kompüter, bu gün fərqli bir şəkildə ortaya çıxıb. Görkəmli Şotlandiya DJ-i Calvin Harris, studiyasını və çalışdığı yeni musiqini göstərən bir İnstagram hekayəsi yükləyib. Lakin bu hekayənin ən diqqət çəkən məqamı, Mac Pro-ya məxsus sistem blokunun da studiyada görünməyi olub.

Bir çox hesabat və bəzi rəsmi açıqlamalar cihazın yaxın günlərdə satışa veriləcəyini göstərirdi. Lakin cihaz satışa çıxmadan əvvəl bu görüntü ilə ortaya çıxdı. Göstərilən cihaz, Mac Pro-ya bənzər vəziyyətdə geyilən fərqli bir sistem blok deyilsə, kompüteri bazara çıxarmadan əvvəl Apple-ın bəzi testlər etmək üçün verdiyi düşünülür. Bu da bazara daxil edilmədən əvvəl vacib bir nüansdır.

Son hesabatlar və əvvəlki rəsmi açıqlamalar göstərir ki, yeni Mac Pro yaxın günlərdə 5999 dollar qiymət etiketi ilə Apple-ın rəsmi saytında yayımlanacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/805294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR