Bu ölkədə nazir köməkçilərini süni intellekt əvəzləyəcək

Bu ölkədə nazir köməkçilərini süni intellekt əvəzləyəcək
04:32 29 Noyabr 2019
128 Maraqlı
Ölkə mətbuatı
A- A+

İndoneziya Prezidenti Coko Vidodo bir sıra nazir köməkçiləri vəzifələrini ləğv etmək qərarına gəlib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, onların səlahiyyətlərini süni intellekt icra edəcək.

"Mən nazirlərə üçüncü və dördüncü dərəcəli əməkdaşlarını süni intellekt texnologiyaları ilə əvəzləməyi əmr etmişəm. Onlar bürokratik işləri daha tez yerinə yetirməyə imkan verəcək", - deyə dövlət başçısı bildirib.

İndoneziyanın iqtisadi məsələlər üzrə əlaqələndirici naziri Airlanqqa Hartartonun sözlərinə görə, bu yenilikdən, əsasən, dövlət lisenziyalarının verilməsi zamanı istifadə olunacaq. "Süni intellekt bizə risklərin avtomatik hesablaması sisteminə əsaslanaraq icazələri sənədləşdirmək imkanı yaradacaq", - deyə məmur qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/806067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR