Tramp: "Taliban" atəşi dayandırmaq istəyir"

Tramp: "Taliban" atəşi dayandırmaq istəyir"
05:47 29 Noyabr 2019
116 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp bildirib ki, radikal "Taliban" hərəkatı sülh sazişi bağlamağa çalışır.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Tramp qeyd edib ki, bunu yalnız atəşin dayandırılması haqqında razılaşmadan sonra etmək olar.
"Taliban" sülh sazişi bağlamaq istəyir. Biz onlarla görüşürük və deyirik ki, bu, atəşin dayandırılması vasitəsilə edilməlidir. Onlar atəşi dayandırmaq istəmirdilər. İndi onlar atəşi dayandırmaq istəyirlər. Və mən inanıram ki, bu, "işləyəcək", - Tramp Əfqanıstana planlaşdırılmamış səfəri çərçivəsində Ağ Evdə jurnalistlərə deyib.
Qeyd edək ki, Tramp Əfqanıstan prezidenti ilə görüşündə "Taliban" məsələsini də müzakirə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-taliban-atesi-dayandirmaq-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR