Gəncədə ata və oğlu bıçaqlandı

Gəncədə ata və oğlu bıçaqlandı
09:42 29 Noyabr 2019
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində mübahisə iki nəfərin bıçaqlanması ilə nəticələnib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Tərlan Xəyyam oğlu Hüseynov mübahisə zəminində bıçaqlanıb.

Mübahisə edənləri sakitləşdirmək istəyərkən onun atası Xəyyam Hüseynov da bıçaq xəsarəti alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hadisənin kim tərəfindən və mübahisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/806200.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR