Bakıda qadın küçədə amansızlıqla qətlə yetirilib - Təfərrüat - YENİLƏNİB - VİDEO - FOTO

Bakıda qadın küçədə amansızlıqla qətlə yetirilib - Təfərrüat - YENİLƏNİB - VİDEO - FOTO
10:05 29 Noyabr 2019
119 Ölkə
Ölkə mətbuatı
A- A+

10:01

Bakıda qadının qətlə yetirilməsinin təfərrüatları məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə noyabrın 28-də saat 23 radələrində baş verib. 22.03.1996-cı il təvəllüdlü Məmmədov Sərxan Xanlar oğlu Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 15/1 ünvanında yerləşən "Bilyard" cay evinin qarşısında qeyri-rəsmi münasibətdə olduğu 05.03.1989-cu il təvəllüdlü İsmayılova Pərvanə Fərman qızına qısqançlıq zəminində 5 bıçaq zərbəsi vurub, sonuncu aldığı zərbələr nəticəsində ölüb.

Məmmədov Sərxan Xanlar oğlu Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulub.

---------

09:47

Bakıda küçədə xüsusi amansızlıqla qətlə yetirilmiş qadın meyiti aşkarlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Binəqədi rayonu, 7-ci mikrorayon, S.S. Axundov küçəsi, ev 15/1 ünvanının qarşısında üzərində zorakılıq əlamətləri ola qadın meyiti aşkar edilib.

Dərhal hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində meyitə baxış keçirib və ekspertiza təyin edilib. Meyitin xarici müayinəsi zamanı bədən səthi üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəllsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Hazırda qadının şəxsiyyəti və kim tərəfindən qətlə yetirilməsi ilə bağlı istintaq aparılır. 

Milli.Az hadisə ilə bağlı APA TV-nin videosunu təqdim edir: 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/806206.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR