Gömrük rəsmisi: "Body Scan" aparatı insanın səhhətinə təsir etmir”

Gömrük rəsmisi: "Body Scan" aparatı insanın səhhətinə təsir etmir”
11:42 29 Noyabr 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

“Bir nəfər "Body Scan" aparatından il ərzində 1 000 dəfə keçə bilər və bu, onun səhhətinə heç bir təsir etmir”.
“Report” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Gömrük Baş İdarəsinin “Astara” gömrük postunun rəisi Habil Mehdiyev deyib.
O, bu barədə sözügedən aparatın insanların sağlamlığına zərər vurmasına münasibət bildirərkən danışıb.
Postun böyük inspektoru Kənan Heydərli isə müvəqqəti saxlanc anbarlarında malların saxlanılması imkanları barədə məlumat verib: “Saxlancda malların qalması üçün 120 gün vaxt verilir. Tez xarab olan qida məhsulları üçün isə bu müddət 3 gündür. Əgər 120 gün ərzində malın sahibi onu götürmürsə bu dövlətin xeyrinə məhsuldan imtina deməkdir və biz xüsusi aktla həmin malı “Azterminalkompleks” birliyinə təhvil veririk. Orada isə həmin mallar 3 ilə qədər saxlana bilər. Saxlancda mal saxlamaq üçün onun hər kiloqramı üçün 22 qəpik + 18% əlavə dəyər vergisi (ƏDV) ödənilməlidir. Amma bu, çəkisi 100 kiloqrama qədər olan yüklərə aiddir. Bundan artıq yüklərin hər kiloqramı üçün 50 qəpik + ƏDV ödənilməlidir".

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/gomruk-resmisi-body-scan-aparati-insanin-sehhetine-tesir-etmir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR