Ağcabədidə oğurluqla məşğul olan dostlar tutulub

Ağcabədidə oğurluqla məşğul olan dostlar tutulub
11:57 29 Noyabr 2019
103 Digər
Ölkə mətbuatı
A- A+

Ağcabədi rayonunda mənzildən oğurluq edilib/
"Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə, rayon Hindarx qəsəbə sakini Məhərrəm Mammedov Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus yaşayış evindən naməlum şəxs və yaxudda şəxslər oğurluq edərək 2 min manata yaxın ziyan vurublar. 
Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakinləri Xaliq Tağıyev və və Ruslan İsmayılov saxlanılıblar.
Saxlanan şəxslər istintaqa ifadəsində törətdikləri cinayəti etiraf edərək mənzildən oğurladıqları əşyaları sataraq qazanc əldə etdiklərini bildiriblər.
Saxlanan şəxs X.Tağıyevin üzərinə baxış keçirilən zaman ondan 3.131 qram narkotik vasitə hesab olunan heroin aşkar edilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agcabedide-ogurluqla-mesgul-olan-dostlar-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR