2020-ci ilin dövlət büdcəsi qəbul edildi

2020-ci ilin dövlət büdcəsi qəbul edildi
12:18 29 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Azərbaycan parlamenti “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Publika.az xəbər verir ki, büdcə müzakirəsində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış edib.

Komitə sədri xatırladıb ki, büdcə Milli Məclisdə, onun müvafiq komitələrində geniş müzakirə edilib, habelə hökumət təmsilçiləri deputatların qaldırdıqları məsələlərlə bağlı mövqelərini ifadə ediblər.

O qeyd edib ki, 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi Azərbaycanın maraqlarına tam uyğundur. Bundan sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gundem/297583.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR