20 Yanvar şəhidləri ölümləri ilə ölməzliyə qovuşdular

20 Yanvar şəhidləri ölümləri ilə ölməzliyə qovuşdular
20:03 16 Yanvar 2015
156 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Yanvarın 16-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin tələbəsi olmuş, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin adını daşıyan açıq muzeyin önündə Yanvar faciəsinə həsr edilən anma tədbiri keçirilib.
ADU-dan AzərTAc-a bildiriblər ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil ocağında 20 Yanvar faciəsində canlarından keçmiş şəhidlərin xatirəsinin hər il anıldığını bildirib. 20 Yanvar faciəsi zamanı çoxlu qanlar axıdıldığını, xeyli insanın həlak olduğunu söyləyən rektor bu tarixin müstəqillik, azadlıq, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində mübarizə günü olduğunu vurğulayıb. S.Seyidov 20 Yanvar hadisələrinin dünyaya çatdırılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu, Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini vurğulayıb.
Sonra 20 Yanvar hadisələrini əks etdirən videoçarx nümayiş olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_sehidleri_olumleri_ile_olmezliye_qovusdular-825423

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR