“Taliban” ABŞ ilə danışıqlara hazırdır

“Taliban” ABŞ ilə danışıqlara hazırdır
13:52 29 Noyabr 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Radikal islamçı “Taliban” hərəkatı ABŞ ilə sülh danışıqlarını davam etdirməyə hazır olduğunu bildirib.
“Report”un “Reuters”ə istinadən verdiyi xəbərə görə, hərəkatın sözçüsü Zəbihullah Mücahid ABŞ Prezidenti Donald Trampın Şükran günü münasibətilə amerikalı hərbçiləri təbrik etmək üçün dünən Əfqanıstana qəfil səfəri zamanı ”Taliban” razılaşmaq istəyir və biz də onlarla görüşürük. Biz bunu atəşkəs olduğu üçün deyirik, onlar o zaman atəşkəs olmasını istəmirdilər, indi isə atəşkəs istəyirlər, mən buna inanıram. Yəqin bu, yoldan sapma olub” şəklində fikir bildirməsindən ertəsi gün açıqlama verib.
“Bizim duruşumuz eynidir. Sülh danışıqları başlasa, qaldığı yerdən davam etdiriləcək”, – hərəkatın sözçüsü deyib.
Xatırladaq ki, ABŞ ilə “Taliban” hərəkatı arasındakı danışıqlar sentyabr ayında Kabildə törədilən terror hücumu zamanı aralarında amerikalı hərbçilər də olduğu 12 nəfərin öldürülməsindən sonra Prezident Tramp tərəfindən dayandırılmışdı.
Hazırda Əfqanıstanda 13 minədək ABŞ hərbçisi var.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/taliban-abs-ile-danisiqlara-hazirdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR