İtaliyada dəmiryolçular tətil edirlər

İtaliyada dəmiryolçular tətil edirlər
14:02 29 Noyabr 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyada noyabrın 28-də gecəyarısından noyabrın 29-u, saat 21:00--dək qüvvədə olan dəmiryolçuların ölkə boyu tətilində “Trenitalia”, “İtalo”, “Trenord” operator şirkətləri iştirak edir.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, tətil yalnız bu yaxınlarda yağan leysan yağışları və daşqınlar üzündən daha böyük ziyan görən Piemonte və Liquriya regionlarında həyata keçirilməyəcək.
FSİ dövlət dəmir yolları şirkəti ölkə üzrə sürət qatarlarının adi qaydada fəaliyyət göstərəcəyini, bölgə və məhəlli qatarların isə əvvəlcədən bildirildiyi kimi, saat 6-dan 9-dək və 18-dən 21-dək işləyəcəyini açıqlayıb. Bununla yanaşı, paytaxt Romada "Termini" stansiyası ilə “Fiumicino” hava limanı arasında fəaliyyət göstərən “Leonardo” ekspres qatarı da adi qaydada işləyir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/i-taliyada-demiryolcular-tetil-edirler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR