Dilçilik İnstitutunda İmadəddin Nəsimi yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib

Dilçilik İnstitutunda İmadəddin Nəsimi yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib
14:07 29 Noyabr 2019
116 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda "İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələləri" mövzusunda respublika elmi konfransı keçirilib.
"Report"un xəbərinə görə, konfrans İmadəddin Nəsiminin 650 illlik yubileyinə həsr olunub.
Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, konfrans Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili" edilməsi haqqında" 11 yanvar 2019-cu il tarixli sərəncamına əsasən təşkil olunub: "Nəsiminin irsinin öyrənilməsi və təbliği, xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar məhz Heydər Əliyev tərəfindən atılıb. Ümummilli liderin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESKO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq səviyyədə qeyd olunub. Şairin 600 illik yubileyi çərçivəsində 1973-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Dilçilik İnstitutuna İmadəddin Nəsimi adı verilib. Prezident İlham Əliyevin 2019-cu il 11 yanvar tarixində imzaladığı Sərəncam ulu öndər Heydər Əliyevin bu istiqamətdə gördüyü işlərin davamıdır".
Daha sonra professorlar Sevil Mehdiyeva "Azərbaycan yazılı ədəbi dilinin başlanğıc mərhələsində İmadəddin Nəsimi fenomeni", Paşa Kərimov "Nəsimi əlyazmaları dünya kitabxanalarında, Natəvan Hacıyeva "Nəsimi yaradıcılığında söz konsepti", filologiya doktoru, dosent Vahid Zahidoğlu "Nəsimi dilinin bəzi poetik-üslubi xüsusiyyətləri" və tarix üzrə fəlsəfə doktoru Elnur Həsənov "İmadəddin Nəsiminin söz həqiqəti" adlı məruzələrlə çıxış ediblər.


Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/i-madeddin-nesimi-ile-bagli-elmi-konfrans-kecirildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR