“Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcək

“Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcək
14:08 29 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” qaz tədarükünün yeni marşrutunu açacaq və bununla Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcək.

Trend-in məlumatına görə, bunu TAP konsorsiumunun xarici əlaqələr üzrə meneceri David Sempio deyib.

Dünya enerji balansında qazın əhəmiyyəti barədə danışan D.Sempio bildirib ki, 2018-ci ildə dünyada enerji tələbatı 2,3 faiz artıb və kömürün əvəz olunması fonunda tələbatın böyük hissəsi təbii qazın payına düşüb.

Qeyd edək ki, dəyəri 4,5 milyard avro olan TAP boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə gedərək İtaliyanın cənubuna çatdırılacaq.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/energy/3156069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR