Hacıqabulda mikroavtobusda oğurluq edən keçmiş məhkum saxlanılıb

Hacıqabulda mikroavtobusda oğurluq edən keçmiş məhkum saxlanılıb
15:37 29 Noyabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Hacıqabulda mikroavtobusda oğurluq edən keçmiş məhkum saxlanılıb.
Bu barədə “Report”un Aran bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan şəhərində Regional qrupundan bildirilib.
Belə ki, noyabrın 16-da Ağdaş rayonu Ləki qəsəbə sakini Gülnar Mollayeva DİN-in “102 Zəng Mərkəzi” Xidməti ilə əlaqə saxlayaraq yaşadığı rayondan Bakı şəhərinə gedərkən Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisində mikroavtobusun yük hissəsində olan ona məxsus çantadan ümumi dəyəri 5000 manat olan qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.
Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı Həsrət Bəkirov saxlanılıb. Dindirilmə zamanı H.Bəkirov törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı qızıl-zinət əşyaları ondan maddi sübut kimi götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/haciqabulda-mikroavtobusda-oqurluq-eden-kecmis-mehkum-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR