Qusarda da bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

Qusarda da bir ailənin 3 üzvü dəm qazından zəhərləndi
15:42 29 Noyabr 2019
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Qusarda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhərin Ləzgi Nemət küçəsi, 135 ünvanında yaşayan Əhmədovlar ailəsində 3 nəfər dəm qazından zəhərlənərək Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 42 yaşlı Elnarə Əhmədova və 2 oğlu - 10 yaşlı Rəfael və 5 yaşlı Eduard Əhmədovlara müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.  

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Bakıda da 1 ailənin 4 üzvü zəhərlənib.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsi, 5-ci Şimal küçəsində yerləşən fərdi yaşayış sahəsində baş verib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/806243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR