Təyyarə qəzaya düşdü, içindən bir nəfər də sağ qalmadı

Kanadada təyyarə qəzası baş verib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, kiçik təyyarə enişə hazırlaşarkən qəzaya uğrayıb. Qəza nəticəsində 7 nəfərin öldüyü bildirilib. Təyyarə Ontario əyalətindəki Kinqston hava limanına gedərkən qəzaya düşüb.

Polis verdiyi açıqlamada təyyarədə olan hər kəsin öldüyünü, heç kimin xilas ola bilmədiyini bildirib. Qəza olarkən havanın küləkli olduğu qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR