Pişik Günel bayağı ifaçıları lağa qoydu - VİDEO - FOTO

Pişik Günel bayağı ifaçıları lağa qoydu - VİDEO - FOTO
15:57 29 Noyabr 2019
203 Şou
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi ifaçı Günel Ələkbərova olub.

Milli.Az xəbər verir ki, sənətçi bayağı ifaçıları lağa qoydu:

"Haradan gəldiyi məlum deyil. Deyir, müğənniyəm. Çıxıb ona, buna söz atır. Elələrini müğənni kimi qəbul etmirəm. Bəzi aparıcılar da verilişə dəvət edir. Sonra da haradan tapdığı məlum olmayan insanlarla səni üz-üzə oturdub deyir ki, sən bunu bəyənirsən? Ayıbdır. Elə çör-çöpləri görüb efirə çıxmaq istəmirik. Gəldikləri kimi də gedəcəklər. Bizim vaxtımızda oxuyanların öz yeri var. 10 il sonra da geri qayıtsaq belə öz yerimizdə dayanırıq. Bu yaxınlarda bir toy  var idi. Yaxın adamımdır. Bir az məşhur biri var. Şəxsi nömrəmlə ona zəng etdim. Həmin insan zəngimi açmadı, sonradan geri də yığmadı. Özlərini ulduz hesab edirlər. Daha bilmir ki, haynan gələn, vaynan gedər. O kimdir ki, məni saymasın? Özlərini madam kimi aparırlar".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/806361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR