.

Diqqət: Bu içkiyə “saxarin” vurulmur - FOTO

Diqqət: Bu içkiyə “saxarin” vurulmur - FOTO
16:03 29 Noyabr 2019
Ölkə mətbuatı
A- A+
.

2004-cü ildən fəaliyyətə başlayan Gədəbəy Mineral Suları MMC-nin mövcud olduğu illər ərzində istehsal etdiyi məhsullar keyfiyyəti ilə seçilib. 2010-cu ildən sözügedən MMC-nin limonad fabriki işə başlayıb və burada hazırlanan “Slavyanka 1” limonadları xüsusilə diqqət çəkir.

Axar.az xəbər verir ki, Gədəbəy rayonunun Slavyanka kəndində yerləşən şəfalı “Novlu” bulağının suyu bu müəssisənin fəaliyyətində mühüm rol oynayır. Belə ki, bulağın suyu əvvəlcə bu müəssisənin su hovuzuna toplanır və bir müddət sonra 5 mərhələli emal prosesindən keçir:

Mərhələ 1: Mexaniki filtr

Mənbədən gələn su mexaniki torba filtrdən keçərkən asılı maddələr tutulur.

Mərhələ 2: Qum-karbon filtri

Qum və karbon filtri suyu daha şəffaf edir, suyu əlavə dad və qoxulardan azad edir.

Mərhələ 3: Ultra-filtrasion sistem

Ultra-filtrasion sistem gözlə görünməyən asılı maddələri və bakteriyaları təmizləyir.

Mərhələ 4: Kartuş filtri

Kartuş filtri suyun tərkibinə nəzarət məqsədilə istifadə olunur.

Mərhələ 5: Ozonlaşdırılma mərhələsi

Tam təmizlənmiş su xüsusi avadanlıqlar vasitəsi ilə ozonlaşdırılır. Ozon üç atomlu oksigendən ibarətdir. Suya daxil ozon 48 saat müddətində parçalanır və sudan xaric olur. Bu müddətdə ozon suda olan bakteriyaları öldürür.

Həmçinin, müəssisənin ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyasında mənbədən istehsalata qədər bütün proses boyu suyun laborator analizləri aparılır və ən yüksək keyfiyyət standartlarına cavab verməsinə nəzarət olunur. Laboratoriyanın bütün qeydiyyatları arxivləşdirilir.

Hazırda Gədəbəy Mineral Suları MMC-də fəaliyyətdə olan iki fabrikdə 6 texnoloji xətt quraşdırılıb. Bu xətlərdə pet və şüşə butulkalarda 38 çeşiddə müxtəlif həcmli qazlaşdırılmış və qazlaşdırılmamış mineral su, limonad məhsulları istehsal olunur.

Gədəbəy Mineral Suları MMC-nin istehsal etdiyi limonadlar düşes, feyxoa, limon və üzüm çeşidlərindən ibarətdir.

“Slavyanka” limonadlarının digərlərindən əsas fərqi limonadlara “saxarin” maddəsi deyil, təbii şəkər tozunun vurulmasıdır. Bu isə “Slavyanka” limonadlarını daha dadlı və təbii edir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gundem/297623.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR