Gürcüstana gələn avropalı turistlər Azərbaycanı da ziyarət edə bilər

Gürcüstana gələn avropalı turistlər Azərbaycanı da ziyarət edə bilər
16:12 29 Noyabr 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Turizm Agentliyi Gürcüstana gələn avropalı turistlərin Azərbaycanı da ziyarət etməsi üçün iş aparır.
“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti – 2019” tədbirində qurumun aparat rəhbəri Kənan Qasımov məlumat verib.
“Həmin xarici turistlərin azı Balakən və Şəkiyə səfərinin təşkil edilməsi istiqamətində danışıqlar aparılır”, - deyə o, qeyd edib.
Xatırladaq ki, oktyabrın 4-dən Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın turizm nümayəndəliyi fəaliyyət göstərir. Nümayəndəlik şəhərin Rustaveli prospekti, 16 ünvanında “Azerbaijan. Travel showroom” adı ilə, hər gün saat 10:00-dan 22:00-a qədər ziyarətçiləri qəbul edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/turizm/gurcustana-gelen-avropali-turistler-azerbaycani-da-ziyaret-ede-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR