Ərdoğandan Fransa prezidenti Emanuel Makrona sərt sözlər:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronun NATO ilə bağlı səsləndirdiyi fikirlərə sərt cavab verib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Makronun "NATO-nun beyin ölümü gerçəkləşib" sözünə Ərdoğan belə cavab verib:

"Cənab Makron, əvvəlcə öz beyin ölümünü yoxlatdır. Hələki təcrübəsizliyin var, bunu həll et. İnanın çox təcrübəsizdir. Terrorla mübarizə nədir bilmir. Ona görə də, "sari jiletlilər" bütün Fransanı işğal etdi, həll edə bilmir. Öz vətəndaşlarının haqqını-hüququnu qoruya bilmir. Sənin Suriyada nə işin var? Bizim 911 kilometr sərhəddimiz var. Suriyaya girməyə haqqımız var, bəs sənin nə haqqın var?".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR