SON DƏQİQƏ: İlham Əliyev Prezident Administrasiyası bağlı VACİB SƏRƏNCAM İMZALADI

SON DƏQİQƏ: İlham Əliyev Prezident Administrasiyası bağlı VACİB SƏRƏNCAM İMZALADI
17:23 29 Noyabr 2019
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi edilməsi haqqında Sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:

2.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi istisna olmaqla, Administrasiyanın digər struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/resmixronika/297640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR