Hacıqabul sakinindən silah götürülüb

Hacıqabul sakinindən silah götürülüb
17:27 29 Noyabr 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Hacıqabul sakinindən silah götürülüb.
Bu barədə “Report”un Aran bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan şəhərindəki Regional qrupundan məlumat verilib.
Məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.
Belə ki, Hacıqabul rayonu Tava kənd sakini Əliyusif Şirinov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Ona məxsus fermadan 1ədəd “BUM” markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/haciqabul-sakininden-silah-goturulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR