İraqda 408 nəfəri belə öldürdülər

İraqda 408 nəfəri belə öldürdülər
17:38 29 Noyabr 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

İraqda 1 oktyabrdan etibarən işsizlik, korrupsiya və bahalaşmaya qarşı başlayan etiraz aksiyalarında ölənlərin sayı 408-ə çatıb.

Publika.az xəbər verir ki, bu barədə “Röyters” yerli polis və xəstəxanalardan aldığı bilgiyə istinadən məlumat yayıb.

Bildirilib ki, ölən şəxslərdən çoxu silahsız olub və odlu silahla vurulub.

Təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı zorakılığı Nəcəf şəhərindəki İran konsulluğu yandıqdan sonra daha da artıb.

İraqın şiə liderlərinin dini lideri Ayətullah Əli Sistani etirazçıların odlu silahla öldürülməsini qınayıb və bu təşəbbüsləri haram adlandırıb. Bildirib ki, İraqın düşmənləri ölkəni diktatorluq rejiminə geri qaytarmaq istəyir. Bunun üçün də xaos və vətəndaş müharibəsi toxumları atırlar.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/297632.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR