Məhərrəm Əliyev Prezidentin köməkçisi − Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib

Məhərrəm Əliyev Prezidentin köməkçisi − Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib
18:08 29 Noyabr 2019
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Prezident İlham Əliyev Məhərrəm Əliyevin Azərbaycan Respublikası ədliyyə nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini vəzifəsindən azad edilsin.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3156446.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR