Tanınmış alimin yeni kitabı çap olundu

Tanınmış alimin yeni kitabı çap olundu
20:18 29 Noyabr 2019
130 Digər
Ölkə mətbuatı
A- A+

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent AMEA Elm Tarixi İnstitutunun elmi katibi Zaur Əliyevin "Erməni kilsəsi və terror. Erməni tarixindən Ermənistan dövlətinə qədər" adlı kitabıBakı, ("Elm və təhsil", 2019, 232 səh.") nəşr edilib.

Kitab ermənilərin milli kimlik davasından başlayaraq, bu gün Ermənistan Respublikasının terror siyasətinə qədərki dövrü əks etdirir. Kitabda erməni kilsəsinin yaranması, Alban kilsələri və kimliyinə sahiblənməsi, oğurlanmış alban adları və abidələri, erməni milli psixologiyası və elmdə mövcud olan erməni xəstəliyinin tibbi analizi, uydurma erməni soyqırımı və erməni kilsəsinin fəaliyyəti, Qarabağda erməni terror təşkilatları və kilsəsi, alman faşizmi və ermənilər, yəhudilərə olan nifrət və terror, SSRİ dövründə törədilən terrora kilsənin yanaşması, Ermənistan dövlətinin terror siyasətinin qanunvericilikdə əks edilməsi, oğurluq soyadlar, ermənilərin film mübarizəsi və digər məsələr əks edilib. Kitab yerli və xarici arxiv sənədləri, əlyazmalar və nadir kitablara istinad edilərək çapa hazırlanıb. Müəllif kitabda ermənilərin Qafqaza gəlmə olmasını və burda tarixən mövcud olan Albaniya dövlətinin kimliyinə oğurluq yolla sahiblənməsini mənbələr əsasında sübut edib. Kitab Erməni kilsəsi və Ermənistan dövlətinin iç üzünü açan lazımlı mənbə rolunu oynayır.

Kitab "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai birliyinin dəstəyi ilə çap edilib. Kitabın redaktoru, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev, rəyçisi isə Günel Səfərovadır. Kitab elmi tədqiqat aparan şəxslər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/297665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR