Binəqədidə avtomobil beton maneəyə çırpıldı, 2 ölü

Binəqədidə avtomobil beton maneəyə çırpıldı, 2 ölü
20:23 29 Noyabr 2019
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Binəqədidə ağır yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda “Khazar” markalı minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1993-cü il təvəllüdlü Ağayev Ağarza Eldar oğlunun və 1 sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/297661.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR