Ərdoğan Makrona: "Sən get öz beynini yoxla"

Ərdoğan Makrona: "Sən get öz beynini yoxla"
21:37 29 Noyabr 2019
58 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makrona beynini yoxlamağı tövsiyə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bir müddət əvvəl E.Makron NATO-nun qüvvəsini itirdiyini və "beyin ölümü"nün gerçəkləşdiyini bildirmişdi.

R.T.Ərdoğan Türkiyənin NATO üçün vacib ölkə olduğunu vurğulayıb:

"Makron NATO-nun beyin ölümünü elan edib. Hörmətli Makron, sən əvvəlcə öz beynini yoxla, çünki bu cür açıqlamalar sənin kimi beyni ölən şəxslərə yaraşır".

Türkiyə Prezidenti əlavə edib ki, E.Makronun terrorçuluqla mübarizə təcrübəsi yoxdur:

"Ona görə də "sarı jiletlilər" Fransanı zəbt edib. Nə qədər istəyirsiniz atılıb-düşün, amma Türkiyənin suverenliyinə hörmət edəcəksiniz".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/806492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR