London körpüsündə baş verən insident terror aktı elan edilib

London körpüsündə baş verən insident terror aktı elan edilib
21:57 29 Noyabr 2019
102 Digər
Ölkə mətbuatı
A- A+

Britaniya polisi rəsmi şəkildə London körpüsündə bir nəfərin yerli sakinlərə bıçaqla hücumunu terror aktı adlandırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında paytaxt polisinin terrorla mübarizə bölməsinin rəhbəri Nil Basu söyləyib.
“Hazırda hadisənin terror hücumu kimi qiymətləndirildiyini təsdiqləyə bilərəm. Hücum edən şəxs zərərsizləşdirilib. Şübhəli şəxs polis tərəfindən atəş açılaraq hadisə yerində öldürülüb”.
Onun sözlərinə görə, öldürülən şəxsin üzərində saxta intihar kəməri olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/london-korpusunde-bas-veren-insident-terror-akti-elan-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR