ABŞ polisi “Boston Dynamics” robotundan mühəndis-istehkamçı kimi istifadə edib

ABŞ polisi “Boston Dynamics” robotundan mühəndis-istehkamçı kimi istifadə edib
07:32 30 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Massaçusets ştatının polis bölməsi fəaliyyətində "Spot" adlı "Boston Dynamics" robotundan istifadə edən ilk ABŞ hüquq-mühafizə orqanı olub. Bu barədə "Wbur News" nəşri ştatın polis bölməsinə istinadən məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, robot avqust-noyabrda polisin mühəndis-istehkam xidməti tərəfindən icarəyə götürülüb. O, təkcə testlərdə deyil, həmçinin iki səhra əməliyyatında iştirak edib.

Məlumata görə, itə bənzəyən "Spot" robotu 30 dəqiqə enerji toplamadan işləyir, 5,8 km/saat sürətlə hərəkət edir, eləcə də 14 kiloqramadək yükgötürmə qabiliyyətinə malikdir və -20 °С-dən 45 °С-dək temperatura qarşı dözümlüdür.

Qanun keşikçilərinin sözlərinə görə, "Spot" robotu əsasən mobil müşahidə qurğusu qismində istifadə edilib. Şirkət və polis bölməsi arasında imzalanan sazişə görə, robotdan silah kimi istifadə qadağandır. Bu səbəbdən robot yalnız icarəyə verilir və satılmır. "Boston Dynamics" şirkətinin biznesin inkişafı üzrə vitse-prezidenti Maykl Perrinin sözlərinə görə, bu, şirkət tərəfindən müqavilə şərtlərinin pozulması aşkarlanacağı təqdirdə "Spot"robotunu geri çağırmaq üçün edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/805936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR