Çin hökuməti 173 kriptovalyuta birjasını bağladı

Çin hökuməti 173 kriptovalyuta birjasını bağladı
08:05 30 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Çin Xalq Bankı (PBoC) bu yaxınlarda Çinin maliyyə sabitliyi (2019) ilə bağlı hesabat dərc etdi. Mərkəzi Bankın hesabatında rəqəmsal pulların qanunsuz dövriyyəsinə qarşı mübarizədə əldə olunan nəticələrlə əlaqədar olaraq öz ölkəsində fəaliyyət göstərən ümumilikdə 173 kriptovalyuta birjasının bağlandığı qeyd edilib. Kriptovalyuta birjalarının bağlanmasına bu qədər ciddi yanaşma, Çin hökumətinin yaxın zamanda buraxılması planlanlaşdırılan rəqəsmsal yuan üçün "qapı"-nı açıq buraxaraq, kriptovalyuta sektorundakı rəqiblərini kənarlaşdırmaq niyyətini göstərir.

Hesabatda bildirilir ki, Çin hökuməti ölkənin infrastrukturunda blockchain texnologiyasının inkişafına və həyata keçirilməsinə dəstək vermək niyyətindədir. Bu, innovativ inkişafa, əməliyyat xərclərinin azaldılmasına, idarəetmənin səmərəliliyinin artırılmasına və iş şəraitində "ağıllı müqavilələr"in istifadəsinin yeni yollarının açılmasına töhfə verəcəkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/805946.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR