“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Hindistan və Azərbaycan arasında ticarət həcminin artmasına kömək edəcək - Səfir

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Hindistan və Azərbaycan arasında ticarət həcminin artmasına kömək edəcək - Səfir
08:08 30 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Ləman Zeynalova - Trend:

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Hindistan və Azərbaycan arasında ticarət həcminin artmasına kömək edəcək.

Bunu Trend-ə Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvana deyib.

O qeyd edib ki, Azərbaycan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi vacib iştirakçısıdır:

"Biz hesab edirik ki, bu dəhlizin tam istismara verilməsi Hindistan və Azərbaycan, eləcə də iri Avrasiya regionu arasında daha yaxşı əlaqəni təmin edəcək. Layihənin başa çatması məhsulların hərəkətini asanlaşdıracaq və iki ölkə arasında ticari-iqtisadi əlaqələrin yaxşılaşmasına xidmət edəcək".

Səfir bildirib ki, Mumbaydan Moskvayadək İranın Bəndər-Abbas və ya Çabahar limanlarından, dahan Bakıdan keçən "Şimal-Cənub" marşrutu iqtisadi baxımdan daha səmərəli olacaq və hazırkı dəniz marşrutundan 40 faiz daha qısa olacaq:

"Ona görə də biz "Şimal-Cənub" layihəsində Azərbaycanla əməkdaşlığa böyük önəm veririk və bu layihənin inkişafı üçün Azərbaycanla işləməkdən məmnunuq".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3155480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR