Bakıda avtosalonda yanğın baş verib, 1 nəfər tüstüdən zəhərlənib

Bakıda avtosalonda yanğın baş verib, 1 nəfər tüstüdən zəhərlənib
08:37 30 Noyabr 2019
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 6000 m² (hər mərtəbəsi 2000 m²) olan üçmərtəbəli avtomobil salonunun birinci mərtəbəsində, təmir sexində "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğın zamanı tüstüdən zəhərlənən 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Təmir sexində olan 30 ədəd avtomobil və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/806511.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR