“Ericsson” 2,6 milyard “5G” qoşulma proqnozlaşdırır

“Ericsson” 2,6 milyard “5G” qoşulma proqnozlaşdırır
08:42 30 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

2025-ci ilin sonunadək dünya əhalisinin 65%-i qlobal mobil trafikin 45%-ni təşkil edəcək "5G" şəbəkələrinin əhatə zonasında yaşayacaq. "Ericsson Mobility Report" adlı hesabatda belə deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Ericsson" şirkətinin qiymətləndirməsinə görə, yaxın 6 ildə "5G" şəbəkələrinə qoşulmaların sayı 2,6 milyardı ötəcək. Bir smartfonun payına düşən orta trafik istehlakı 2025-ci ilin sonunadək indiki 7,2-dən 24 QB-dək yüksələcək. Gələcək sürətli artım yeni xidmətlərin (virtual və əlavə edilmiş reallıq texnologiyalarından istifadə edərək axın videosunu izləmək imkanı daxil olmaqla) istifadəyə verilməsi ilə bağlıdır. Aylıq 7,2 QB - bu, gün ərzində 21 dəqiqəlik HD video (1280 x 720), aylıq 24 QB isə gündəlik 30 dəqiqə HD video və 6 dəqiqə VR məzmun deməkdir.

2019-cu ildə "5G" şəbəkələrində 13 milyon qoşulmanın olacağı gözlənilir. 2020-ci ildə "5G" xidmətlərinin inkişafı sürətlənəcək: "5G" texnologiyalarının kütləvi tətbiqi üçün şərait yaradılacaq və 2025-ci ilin sonunadək dünyada artıq "5G" şəbəkələrinə 2,6 milyard qoşulma qeydə alınacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/805943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR