Qrossmeyster Rauf Məmmədov 77-ci Azərbaycan çempionatının qalibi olub

20:08 16 Yanvar 2015
103 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Bakıda şahmat üzrə Azərbaycan çempionu adı uğrunda turnir başa çatıb. Turnir İsveçrə sistemi ilə keçirilib.
AzərTAc xəbər verir ki, çempionatda reytinqin favoriti, qrossmeyster Rauf Məmmədov liderlik edib. Səkkizinci turda Nicat Abbasov üzərində həlledici qələbədən sonra sonuncu turda onun üçün heç-heçə yetərli olub.
Nəticədə 9 mümkün xaldan 6,5 xal toplayan R.Məmmədov kişilər arasında 70-ci Azərbaycan çempionatının qalibi olub. Əlavə göstəricilərə görə ondan geri qalan Eltac Səfərli (ikinci yer) və Vasif Durarbəyli (üçüncü yer) də bu qədər xal toplayıblar. Qədir Hüseynov və Vüqar Rəsulov qalibdən yarım xal, Azər Mirzəyev bir xal geri qalıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qrossmeyster_Rauf_Memmedov_77_ci_Azerbaycan_chempionatinin_qalibi_olub-825428

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR