Yanğınsöndürən maşını oğurlayıb insanların üzərinə sürdü

Yanğınsöndürən maşını oğurlayıb insanların üzərinə sürdü
10:05 30 Noyabr 2019
130 Dünya
Ölkə mətbuatı
A- A+

Kanadanın Vinnipeq bölgəsində naməlum şəxs yanğınsöndürən maşını qaçıraraq mərkəzi parkda insanların üzərinə sürüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli polis orqanları məlumat yayıb.

Sözügedən şəxs bölgədəki ticarət mərkəzinə qədər getməyi bacarıb. Daha sonra maşında nasazlıq yaranıb və dayanıb. Cinayətkarı qovan polislər ona çatıb və saxlamağa müvəffəq olub.

Yerli polisin sözlərinə görə, hadisə zamanı ətrafdakı insanların həyatı üçün təhlükə yaransa da, fakt terror aktı kimi qiymətləndirilmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/806547.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR