Hacıqabul sakinindən odlu silah aşkarlandı - FOTO

Hacıqabul sakinindən odlu silah aşkarlandı - FOTO
10:32 30 Noyabr 2019
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabul sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Hacıqabul rayonu Tava kənd sakini Əliyusif Şirinov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Ona məxsus fermadan 1ədəd "BUM" markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/806550.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR